Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
30 Mart 2025, 10:38
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
150
06.01.2025, 18:40
Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə cavabında deyib.
"Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.
Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.
Həmçinin oxuyun
Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.
Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.
Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik", - o vurğulayıb.
Qeyd edək ki, yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.
10:43 / 30 Mart 2025
Cinsiyyət dəyişdirən şəxs namaz qıla bilərmi? — İlahiyyatçıdan cavab (VİDEO)
8
10:38 / 30 Mart 2025
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
10
10:29 / 30 Mart 2025
Müasir oğlan uşaqlarında süd vəzisi niyə böyüyür?
12
10:22 / 30 Mart 2025
Yəmən husiləri son 24 saatda ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum edib
14
10:14 / 30 Mart 2025
Qadınlar orduya çağırılır
13
10:07 / 30 Mart 2025
Lobyanı tez bişirməyin sirləri
12
10:05 / 30 Mart 2025
ÜST işçiləri də işsiz qalacaq
17
09:58 / 30 Mart 2025
ABŞ zabiti Rusiyanın atəşkəs tələbləri ilə razılaşmamağa çağırıb
13
09:55 / 30 Mart 2025
Uzunmüddətli şarjdan çəkinin
15
09:40 / 30 Mart 2025
“Qrenlandiya satılmır!”-TRAMP CAVABIN ALDI
16
09:39 / 30 Mart 2025
Bu ölkədə güclü zəlzələ oldu
18
09:27 / 30 Mart 2025
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
14
09:16 / 30 Mart 2025
Aprel ayında bəxtəvər olacaq 4 bürc
425
09:15 / 30 Mart 2025
Alman və yapon maşınları bahalaşacaq
29
09:06 / 30 Mart 2025
Azərbaycanda Ramazan bayramıdır
36
09:00 / 30 Mart 2025
Ramazan bayramı qeyd edilir
36
02:40 / 30 Mart 2025
Ağır qəzada ölən sürücü tələbə imiş - FOTO
63
23:55 / 29 Mart 2025
İsrail də kömək göndərəcək
77
23:10 / 29 Mart 2025
Türkiyə Somaliyə xüsusi təyinatlılar göndərir
88
23:06 / 29 Mart 2025
Prezidentin gəlinindən paylaşım — FOTO
1382
23:03 / 29 Mart 2025
Belarus zəlzələdən zərər çəkmiş Myanmaya xilasedicilər göndərib
98
22:59 / 29 Mart 2025
Kanada Rusiyanın şirin sözünü qəbul etmir
95
22:56 / 29 Mart 2025
Pentaqonda kütləvi ixtisarlar
102
22:55 / 29 Mart 2025
Ukrayna kosmik qüvvələri yaradır
90
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.